Rebrov həyat yoldaşı iıə Bakıya gəldi, kimlərlə görüşdü?

Moskva “Spartak”ının qapıçısı Artyom Rebrov Bakıya gəlib.

 

Sportinfo.az xəbər verir ki, Rebrov Bakıda “Spartak”ın fanatları ilə də görüşüb.

 

Bu barədə qapıçı özü “instaqram”da yazıb: “Rusiyanın istənilən nöqtəsində “Spartak” fanatlarının qrupu var. Ancaq mənimlə Katya (həyat yoldaşı) üçün təəccüblü o oldu ki, bizi Bakıda “Aelphia Baku”nun uşaqları ilə görüşə dəvət etdilər.

 

Bizə məlum oldu ki, bu uşaqlar mövsümboyu komandaya dəstək verirlər, müxtəlif roliklər hazırlayırlar, sosial şəbəkədə fəaldırlar.

 

Görüş və müzakirələr olduqca isti keçdi. Çox sağ olun ki, bizimləsiz və “Spartak”a ürəkdən azarkeşlik edirsiz.

 

İnkişaf edirsiz, gənclərə “Spartak”ın tarixi barədə məlumat verirsiz. Ümid edirəm ki, təkcə Bakıda yox, dünyanın digər şəhərlərində də “Spartak”ın fan-klubları olacaq”.

Tarix: 18 May 15:48    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.