UEFA-nın “Atletiko”ya ödəyəcəyi mükafatın məbləği

Avropa Liqasının qalibi olan “Atletiko”nun UEFA-nın ödəyəcəyi mükafatın məbləği müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, qitənin ikinci ən nüfuzlu klub turnirində birinci yeri tutan Madrid təmsilçinin ümumi qazancı 26 milyon avro təşkil edəcək.

 

Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv finalda Fransa təmsilçisi “Marsel”i məğlub etdiyi üçün 6,5 milyon avro əldə edəcək.

 

“Atletiko” yarımfinala çıxdığı üçün 1,6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Həmçinin, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün madridlilərə 16,3 milyon avro ödəyəcək.

 

“Atletiko” ÇL-də Azərbaycan çempionu “Qarabağ”, İngiltərə Premyer Liqasında analoji uğura imza atan “Çelsi” və İtaliya təmsilçisi “Roma” ilə eyni qrupda çıxış edib.

 

Madrid komandası 1 görüşdə qalib gəlib, 4 qarşılaşmada heç-heçə edib və 1 matçda uduzub. Ağdamlılarla hər iki oyunda bərabərlik qeydə alınıb - 0:0, 1:1.  

Tarix: 17 May 12:48    Oxunub: 129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.