"Maradonanın "Dinamo"ya gəlişi Qaqarinin kosmosa uçması kimi bir şeydi"

“Dinamo”nun yarımmüdafiəçisi Pavel Nexayçik Dieqo Maradonanın Brest təmsilçisinin sükanı arxasına keçməsinə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Maradona "Dinamo" ilə 3 illik müqavilə imzalayıb. 

 

Pavel “RİA Novosti”yə açıqlamasında bildirib ki, Maradonanın gəlişi onlar üçün əsl sürpriz olub: “Biz özümüz də bütün xəbərləri internetdən oxuyuruq.

 

Klubun belə bir məşqçini gətirməsi böyük hadisədir. Bu, bizim üçün əsl süpriz oldu. Maradonanın “Dinamo”ya gəlişi Yuri Qaqarinin kosmosa uçması kimi bir şeydir.

 

Əvvəlcə hamı elə bilirdi ki, bu, zarafatdır, təyinat mümkün deyil. İndi isə biz yaxşı fotoaparat almalıyıq ki, Dieqo ilə görüşdə şəkil çəkdirə bilək”.

Tarix: 17 May 10:36    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.