Rəşad Sadıqov razılıq versə, bu klub yaşayacaq - GEDİŞAT

«Xəzər» debüt ilində I Divizionun çempionu oldu.
 
Açıq fərqlə qızıl medalları qazanan komandaya AFFA-nı mənüasibət göstərəcəyi böyük maraqla gözlənilirdi…
 
Gözlənilən olmadı. Federasiya bəzi lisenziyalaşdırma şərtlərini yerinə yetirə bilməyən paytaxt təmsilçisini Premyer Liqanın biraddımlığından geri qaytardı, «Sabah»ı isə əksinə, yuxarı dartdı.
 
Təbii ki, bu qərar «Xəzər» rəhbərliyində məyusluq hissi yaradıb. Emin Abbasovla Gündüz Abbaszadəni artıq onlara heç nə bağlamır. İcraçı direktorla baş menecerun da keçmiş baş məşqçi Elşad Əhmədovun ardınca «Sabah»a keçməsi gündəmdədi.
 
Bu sual isə hazırda hamını düşündürür: ötən ilin yayında yaradılan klub fəaliyyətini davam etdirəcəkmi? Son məlumat budu ki, «Xəzər»in himayədarları davam qərarı verməyə yaxındı.
 
Hər halda komandanın yenidən Rəşad Sadıqovun kurasiyasına keçməsi müzakirə olunur. Düzdü, millinin keçmiş kapitanı hələlik bu məsələlərə bir münasibət bildirməyib, ancaq təkid olunsa, yəqin ki, yumşalacaq. Axı necə də olmasa, «Xəzər»i yaradanlar onun dostlarıdı. Dost arasında isə ara-sıra söhbət ola bilər, gərək bundan inciməyəsən, keçəsən.
 
Sadıqov aşağı dəstə təmsilçisini təkrar qanadı altına alsa, Rövşən Qasımovu ikinci dəfə baş məşqçi postunda görəcəyik. Başqa cür olsa, Rövşən Babayevi. Çünki Elşad Əhmədov «Xəzər»in başbilənlərinə keçmiş köməkçisini məsləhət görüb.
 
Bu da var ki, klub yaşasa, əvvəlki kimi at oynatmayacaq. Yəni ki, imkanı və iddiasıyla başqalarına meydan oxumayacaq.
 
Sadəcə, iştirak xatirinə mübarizə meydanında qalacaq. İlk mövsümə 350 min manata yaxın vəsait xərcləndi, gələnilki büdcənin bunun yarısı qədər təşkil etməsi gözlənilir.
 
SPORTİNFO.AZ
Tarix: 17 May 20:36    Oxunub: 1111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.