"Neftçi"nin legioneri: "Biz buna imkan verməməliyik" - VİDEO

“Neftçi” Premyer Liqanın 28-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün İsmət Qayıbov adına bazada məşq keçib.

 

Yarımmüdafiəçi Soni Mustivar klub televiziyasına açıqlamasında "Kəpəz”lə oyun öncəsi fikirlərini bildirib:

 

"Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır.

 

Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq.

 

Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik.

 

Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdur. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.

 

Mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” matçı saat 17:15-da başlanacaq.

 

Tarix: 17 May 19:48    Oxunub: 423    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.