"Qarabağ"ın qapıçısı: "Hər zaman ürəyimdə arzu olub ki..."

"Dağlıq Qarabağ hadisələri Bosniya və Herseqovinada baş verənlər hadisələrlə eyni vaxtda başlayıb.

 

Bu, bizim ölkənin taleyi ilə oxşardı.

 

Demək olar ki, məqsəd və məram da eynidir. Ona görə cəbhə bölgəsinə səfər mənə maraqlı gəldi". 

 

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Qarabağ bölgəsinə səfərdə olan "Qarabağ"ın və Bosniya və Herseqovina milli komandasının qapıçısı İbrahim Şehiç deyib.

 

30 yaşlı qolkiper Qarabağ haqqında çoxlu məlumat oxuduğunu və baş verənlərdən yetərincə məlumatlı olduğunu bildirib:

 

"Bosniya və Herseqovina ilə Serbiyada insanlar normal sülh şəraitində yaşayırdılar. Sonradan baş verən konflikt nəticəsində döyüşlər başladı. Bosniyada 500 mindən çox insan köçkün həyatı yaşamağa məcbur oldu.

 

Bilirəm ki, Azərbaycan da eyni problemlə üzləşib. Dağlıq Qarabağda yaşayan insanlar öz torpaqlarından didərgin olmağa məcbur olublar. 1 milyona yaxın qarabağlı öz torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

 

Hər zaman mənim ürəyimdə arzu olub ki, cəbhə bölgəsinə gedim. Qarabağ vətəndaşlarının öz torpaqlarını müdafiə etməsi, hər zaman ümid içində yaşamaları, öz torpaqları üçün mübarizə aparmaları və insanlardakı bu ümidi yüksək dəyərləndirmişəm. Bu mənim üçün olduqca maraqlı idi".

Tarix: 17 May 19:36    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.