"Qəbələ"nin 2 komandası finalda - Akademiya həftəsi

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında keçirdiyi liqalarda növbəti matçlar baş tutub.

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar.

 

U-13, U-11 və U-10 final mərhələsində mübarizəni davam etdirib. Bu komandalar yarımfinal matçlarına çıxıblar.

 

U-13 “Səbail”lə cavab oyununda qolsuz heç-heçə etsə də, ilk görüşdəki səfər qolları (2:2) “qırmızı-qaralar”a finala vəsiqə qazandırıb.

 

U-11 yarımfinal səddini adlaya bilməyib. Səfərdə “Neftçi”yə 0:5 hesabı ilə uduzan “qırmızı-qaralar” ev oyununda da məğlubiyyətlə üzləşib – 0:1. “Qəbələ” bürünc medal uğrunda mübarizə aparacaq.

 

U-10 komandamız isə “Vətən”lə ev oyununda 2:3 hesabı ilə məğlub olsa da, finala yüksəlib. Buna “Qəbələ”nin səfərdəki ilk oyunda əldə etdiyi 3:1 hesablı qələbə səbəb olub.

 

Artıq çempionluğu təmin U-17 və U-16, həmçinin U-15 də növbəti görüşlərini keçirib. U-17 XXXII turda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. Komanda 32 matçda 80 xal toplayıb. U-16 öz meydanında “Neftçi”yə uduzub – 1:4.

 

28 oyundan sonra komandanın hesabında 64 xal var. Çempionluq uğrunda mübarizə aparan U-15 “Səbail”lə səfər görüşündə xal itirib – 2:2. 27 oyunda 66 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

Tarix: 17 May 19:24    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.