"Neftçi" üçün 3-cü yer və Avropaya pəncərə uğrunda son döyüş

Perspektiv baxımdan ümidverici bir şeyi olmayan Premyer Liqanın finiş xətti ərəsində yeganə müsbət cəhəti 3-cü yer uğrunda rəqabətin kəskinləşməsi və bu mübarizənin əvvəldən gözlənilməyən axara yönəlməsidi.

 

Ötən iki tur ərzində «Sumqayıt»ın səhvlərindən istifadə edən «Neftçi», habelə finiş ərəfəsində özündə cürət tapıb yeni ildə qələbə sifətsini edən «Zirə» turnir cədvəlində daha önə keçiblər.

 

Bu trioda «Neftçi» xüsusi diqqət çəkir. Kollektiv mövsümün ən ümidsiz komandası olduğu bir vaxtda silkinib toparlandı. Son turda autsayderlə - «Səbail»lə görüşdə kobud səhvə və bundan əvvəlki turlarda özünü büruzə verməyə başlamış arxayınçılığa yol verməsə, ölkənin ən titullu klubu dirçəlməyə şans qazana bilər.

 

Bunun üçün üçüncü yer yaxşı başlanğıc sayılmalıdı. Ümumiyyətlə, son illərdə «ağ-qaralar» təzyiq altında ən çox qalan, ən çox müzakirə olunan elita təmsilçisi idi. İndi tarixinin yeni səhifəsini açmaq üçün kollektivə qığılcım lazımdı.

 

Atəşin ilk alovu isə əbədi rəqib «Qarabağ»la son illərin görüşlərdəki uğursuzluqlara son qoyulmasıdı. Bu, psixoloji stimul, dopinq rolunu oynamalıdı. Ən çətin səd aşıldığından, indi bir az da səbr edib qarşıda uğur naminə cəmi bir ciddi addım atılmalıdı.


Azərbaycanın ən titullu klubu son dövrlərin iki ən yaxşı komandası ilə görüşlərdə daha çox – 10 xal əldə edib.

 

Mövsümün ilk yarısında “Qarabağ”la “Qəbələ”yə qarşı keçirdiyi 4 oyunun hamısında uduzan “ağ-qaralar” qışdan sonra liderlərə qələbə sevinci yaşatmayıb.

 

Tərlan Əhmədovun komandası son 2018-ci ildə mükafatçılarla üz-üzə gəldiyi 4 görüşdə 10 xal qazanıb. Bunlardan 4-ü “Qarabağ”, 6-sı “Qəbələ” ilə görüşlərə təsadüf edir.
 
“Neftçi” kimi mükafatlar və avrokuboklara vəsiqə üçün mübarizə aparan “Zirə” bu göstəricidə 2-cidi. Qəsəbə klubu liderlərdən 6 xal alıb. Ayxan Abbasovun yetirmələri “Qarabağ”dan 1 xal qoparıbsa, “Qəbələ”ylə matçlarda 5 xal əldə edib.

 

SPORTİNFO.AZ

Tarix: 17 May 19:00    Oxunub: 523    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.