Gökdənizlə Təkkə yenidən “Trabzonspor”a qayıdır

“Trabzonspor” rəhbərliyi mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayan Rza Çalımbaya əvəz axtarışındadı.

 

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi komandanın sükanı arxasına sabiq futbolçuları Gökdəniz Karadənizi və Fatih Təkkəni keçirməyi planlaşdırır.

 

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Hər iki sabiq futbolçunun artıq “Trabzonspor”a qayıtmağa razılıq verdiyi qeyd edilib. Azarkeşlər də rəhbərliyin bu addımını müsbət dəyərləndirir.

 

Hər iki sabiq futbolçu “Trabzonspor”un yetirməsidi. Fatih 1994-2000 və 2002-2006, Gökdəniz isə 1997-2008-ci illər aralığında “bordo-mavilər”in əsas komandasının şərəfini qoruyub.

Tarix: 17 May 17:00    Oxunub: 274    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.