"Qarabağ"ın futbolçuları Qarabağda hərbçilərlə görüşdü

"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

 

Sportinfo.az-ın "report"un Qarabağ bürosuna istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar. 

 

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar.

 

Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər. Daha sonra onlar cəbhə bölgəsindəki hərbi hissələrdən birinə səfərə yollanıblar.

 

Tarix: 17 May 16:36    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.