"Sumqayıt"dan məşhur bankla 1 illik yeni sponsorluq müqaviləsi

Hazırda Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumlarından olan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt futboluna dəstəyini davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildir uğurla fəaliyyət göstərən Kapital Bank ASC ilə "Sumqayıt" arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyinə uzadılıb.

 

Müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində Dövlət Neft Şirkəti tərəfindən inşa olunmuş kompleks daha bir il müddətinə “Kapital Bank Arena” adlandırılacaq. Bu müddətdə adıçəkilən Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

 

Bundan başqa, Kapital Bank ASC ilə "Sumqayıt" FK bu bir il ərzində müxtəlif ictimai aksiyalar həyata keçirəcək və "Sumqayıt" FK-nın oyun geyimlərində (əsas və əvəzedici komanda) "Kapital Bank"a məxsus əmtəə nişanları yerləşdiriləcək.

 

Bu müddət ərzində Sumqayıt məktəblilərinin sevimli layihələrinə çevrilmiş "Yay Futbol Düşərgəsi" və "Futbol Sağlam Həyat" layihələri də davam edəcək.

 

Nəzərinizə çatdıraq ki, 3 il müddətində davam edən "Futbol və Sağlam Həyat" layihəsində 2500 məktəbli, "Yay Futbol Düşərgəsi" layihəsində isə 300 məktəbli iştirakçı qismində olub.

 

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Sumqayıt" Futbol Klubu arasında əməkdaşlıq 2014-cü ildən davam edir. 

 

Universal bank olan Kapital Bank ASC 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.

 

Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Tarix: 17 May 16:24    Oxunub: 324    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.