Nazir "Real"ın Bakıda açılan məktəbinin açılışında

Bakıda Realmadrid Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, tədbir Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində gerçəkləşib. 

 

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Realmadrid Fondunun nümayəndələri - "Real"ın səfiri Rikardo Qalleqo, fondun Avropa regionu üzrə baş meneceri Elena Fernandez və digər şəxslər iştirak edib. 

 

Nazir çıxışında bildirib ki, Mardid klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. Onun fikrincə, belə bir klubun futbol dərslərini almaq hər bir uşağın gələcək inkişafı baxımından önəmlidir:

 

"Azərbaycanda futbola hər zaman dövlət qayğısı olub. 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. Uşaqların futbolla məşğul olması üçün hər cür şərait yaradılıb. Bu layihənin də ölkədə futbolun inkişafına töhfə verəcəyinə inanırıq".

 

Realmadrid Fondunun sosial futbol məktəbi layihəsi Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində reallaşır. Əsas icraedici tərəfdaş isə "İnkişaf Naminə İdman" İctimai Birliyidir. Məktəbdə 4 yaş qrupu üzrə komandalarda 80 nəfər uşaq məşqlərə cəlb olunur.

 

Məşqlər ödənişsizdir və 267 saylı orta məktəblə "Pioner" futbol məktəbinin meydançalarında keçirilir. Realmadrid Fondunun sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə Fond arasında 2013-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb.

 

Məktəb MDB məkanında 1-ci, Avropada 8-ci olaraq təsis edilib. Layihənin uğurlu nəticəsini nəzərə alaraq, 2018-ci ildə yeni müqavilə imzalanıb.

Tarix: 17 May 15:48    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.