“Qarabağ”ın futbolçusu Messi ilə oynamaqdan imtina etdi

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye Haiti millisinin mayın 29-da Argentinaya qarşı keçirəcəyi yoldaşlıq görüşündə iştirak etməyəcək.

 

Sportinfo.az xəbər verir ki, futbolçu özü bundan imtina edib.

 

O, yerli mətbuata açıqlamasında bunun səbəbini də açıqlayıb: “Niyə bu siyahıda olmadığım bəllidir. Hər şey öncədən planlaşdırılıb. Mən Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışdım.

 

Mənə dedilər ki, mayın 29-u yoldaşlıq görüşü olacaq. Onlara dedim ki, gələ bilməyəcəm. Çünki məzuniyyətimi planlaşdırmışam və oteldə 6 ailə üzvü üçün otaq bron etmişəm. 3 gün ərzində Mayamidə 1400 dollar, bir həftə ərzində “Dekameronda” 2 min dollar, 2 gün də “Royal Oasis”də 800 dollar vermişəm.

 

Həm də bacımın uşağı dünyaya gəlib və onu ziyarət etməliyəm. Klubum Çempionlar Liqasında oynayacaq üçün cəmi 8 gün məzuniyyətim var. “Qarabağ” son oyununu 21 mayda oynayacaq. Hesab edirəm ki, 3 həftə Avstriyada hazırlıq keçəcəyik.

 

Ən geci iyunun 1-də klubun düşərgəsində olmalıyam. Mayın 22-də Argentinaya getmək və 30-u qayıtmaq çətin olardı. Həm də ailəm üçün çox darıxmışam. Başa düşmürəm burda nə anlaşılmazlıq var”.

Tarix: 17 May 15:36    Oxunub: 271    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.