"Bir neçə maraqlı təklif almışam, gələn həftəyədək gözləyin"

"Yuventus"un qapıçısı Canluici Buffon A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin özü keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

O gözəl səyahətinin yekununa yetişdiyini bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisi üzündən var gücümlə mübarizə apardım".  

 

Buffon hələlik karyerası ilə bağlı qərar vermədiyini də əlavə edib: "Mənim üçün "Yuventus" böyük ailədir və ailənin bir hissəsi olmaq böyük şərəfdir.

 

Bir neçə maraqlı təklif almışam. Lakin gələn həftəyədək gözləyin. Karyeramı davam etdirsəm, bu, böyük hədəflərə can atmağım demək olacaq".  

 

"Yuventus" "Verona" ilə mayın 19-da evdə üz-üzə gələcək. Canluici Buffonun karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcəyi bildirilir. 

Tarix: 17 May 15:12    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.