“Sumqayıt” Avropa Liqasi üçün bunu da etdi - FOTOLAR

Premyer Liqasında mövsümün son turu 3 komanda üçün xüsusi önəm daşıyır.
 
Bürünc medal uğrunda yarışan “Neftçi”, “Zirə” və “Sumqayıt” bu pilləyə sahib olaraq Avropa Liqasına yollanmağı hədəfləyir.
 
Ehtiyatda 4-cü yer də var. Ən pis halda bu pilləni tutub, ölkə kubokunda “Qəbələ”nin qalib olacağına ümid etmək qalır. “Keşlə” titul qazanmasa, məhz bu yer avrokuboklara vəsiqə verəcək.
 
Hazırda “Neftçi” 3-cü yerə ən real namizəddi. Komanda Gəncədən də qələbə ilə qayıtsa, digər matçların nəticəsindən asılı olmayaraq, arzusuna çatacaq. Digər 2 iddiaçı isə bir-biri ilə qarşılaşacaq.
 
Ən azından 4-cü pilləni tutmaq üçün Sumqayıtdakı matçda lazımi nəticəni qazanmaq vacibdi. “Zirə” heç-heçəyə də qane ola bilərsə, meydan sahiblərin yeganə şansı 3 xal qazanmağa bağlıdı.
 
“Sumqayıt” tərəfi bu matça ölüm-dirim görüşü kimi baxır. Oyunun promo-videosu hazırlanıb, azarkeşlərlə müəyyən iş aparılır.
 
Matçı şəhərin bayram tədbirinə çevirmək üçün bəzi işlər görülür. Nəticəni qazanmalı olan futbolçuları ruhlandırmaq üçün isə qeyri-ad üsula əl atılıb.
 
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidməti komanda üzvlərini ruhlandırmaq üçün paltardəyişmə otağını müxtəlif şüarlarla bəzəyib.
 
Baş məşqçi Samir Abasovun açıqlamalarından sitatlar, azarkeşlərin istifadə etdiyi şüarlar bazanın divarlarını bəzəyir (futbolinfo).
 
 
 
Tarix: 17 May 15:00    Oxunub: 516    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.