"Qurban Qurbanovla söhbət etdim, mənə dedi ki, sənə..."

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov komanda ilə yollarını ayrılıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a futbolçunun özü məlumat verib:

 

“Son vaxtlar az oynayırdım. Müqaviləm də bu ay başa çatır. Gələcək karyeramı bilmək və mənimlə yeni müqavilə bağlanılıb-bağlanılmamasını aydınlaşdırmaq üçün baş məşqçimiz Qurban Qurbanovla söhbət etdim.

 

Mənə dedi ki, sənə qarşı inam azalıb. Bunu anlayışla qəbul etdim və kluba sonrakı fəaliyyətində uğurlar arzu etdim”.

 

Əfran İsmayılov onu da bildirib ki, mümkün qədər karyerasını ölkə xaricində davam etdirməyə çalışacaq:

 

“Klubdakı karyeramı indi müəyyənləşdirməyim yerinə düşdü. Çünki artıq özümə klub tapmaq üçün kifayət qədər vaxtım olacaq. Çalışacağam ki, ilk növbədə ölkə xaricindən gələn təklifləri dəyərləndirim”.

 

Bu, “Qarabağ”dan ayrılması dəqiqləşmiş üçüncü futbolçudur. Klub rəsmi şəkildə braziliyalı Pedro Enrike ilə vidalaşdığını bəyan edib.

 

Komandanın baş məşqçisi Qurban Qurbanov isə digər braziliyalı Rişard Almeydanın ölkə xaricində çıxış edəcəyini bildirib.  

Tarix: 17 May 11:00    Oxunub: 542    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.