Avroliqanın finalının simvolik bileti AFFA prezidentinə verildi

Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/18 mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

 

Sportinfo.az xəbər verir ki, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

 

Avropa Liqasının 2018/19 mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

 

Tarix: 17 May 08:36    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.