"Neftçi"yə "5" verən "Qəbələ" intriqanı son tura saxladı

Mayın 16-da “Boulevard U-15 Liqası"nda 26-cı turdan təxirə salınmış oyun keçirildi.

 

«Neftçi» Binə qəsəbə stadionunda «Qəbələ»ni qəbul etdi.

 

Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatdı. «Qəbələ»3 xal ilə çempionluq şansını qorumuş oldu.

 

«Neftçi» - «Qəbələ» 0:5

Qollar: Süleyman Damadayev, 17; Mehrac Baxşəliyev, 24, 36; Anar Tağıyev, 45; Kamal Kazımov, 64.

 

Bazar günü Rakif Əliyevin yetirmələri «Viləş»i qonaq edəcəklər. Bu oyunda «Qəbələ»nin qalib gəlmə ehtimalı çox yüksəkdir. Amma çempion olmaq üçün qazanılacaq qələbədən başqa «Vətən»in «Qarabağ»a məğlub olması lazımdır ki, bu da az inandırıcıdır.

 

«Vətən» heç-heç oynayacağı halda belə xalların sayının eyni olmasına rəğmən qızıl medalları qazanacaq. Çünki şəxsi oyunlarda «Vətən» «Qəbələ»dən daha yaxşı göstəriciyə malikdir (1:1, 3:1).

 

U-15 Liqasında sonuncu – 30-cu turun oyunları mayın 19-20-də keçiriləcək: «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM (Sumqayıt) – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA. Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 28 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 17 May 08:24    Oxunub: 443    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.