VİDEO: "Qarabağ" ÇL-dən uzaqlaşdırdı, Avroliqanı qazandı

Avropa Liqasında 2017-2018-ci illər mövsümünün qalibi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu, "Atletiko"du.

 

Madrid təmsilçisi Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçirilmiş final matçında "Marsel" üzərində böyükhesablı qələbə qazanıb - 3:0.

 

İlk iki qolu "Atletiko"nun fransalı hücumçusu Antuan Qrizmann vurub. O, 21-ci və 49-cu dəqiqələrdə fərqlənib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Qabi qoyub.

 

32-ci dəqiqədə "Marsel"in kapitanı Dimitri Payetin xidmətindən məhrum olub. Baldırından xəsarət alan Payet Maksim Lopeslə əvəzlənib. O, meydanı tərk edərkən, göz yaşlarına hakim ola bilməyib.

 

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə cəzalı olduğu üçün görüşü tribunadan izləyib. Lakin bu məqam argentinalı mütəxəssisin komandasına tarixində üçüncü dəfə Avropa Liqasının qalibi olmaqda maneçilik törətməyib.

 

Daha əvvəl Madrid təmsilçisi 2010 və 2012-ci illərdə Avroliqanın baş mükafatını əldə edib. "Marsel" üzərində qələbə sayəsində "Atletiko" 2018-2019 mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib.

 

Bu mövsüm də mübarizəyə eyni mərhələdən başlamış Simeonenin komandası Azərbaycan təmsilçisi qrupda "Qarabağ"la birgə yer almışdı. Komandalar arasındakı hər iki görüş heç-heçə ilə başa çatmışdı - 0:0, 1:1.

 

Tarix: 17 May 01:00    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.