“Yuventus”un hücumçusu Mario Mancukiç “Beşiktaş”da?

“Beşiktaş” iki xorvat futbolçunun xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, “qara qartallar” “Şaxtyor”un müdafiəçisi Dario Srna və “Yuventus”un hücumçusu Mario Mancukiçi mövsümlərarası fasilədə heyətinə cəlb etmək istəyir.

 

“Beşiktaş” rəhbərliyi artıq bu istiqamətdə çalışmalara başlayıb. Klub prezidenti Fikret Orman Mancukiçlə bağlı “Yuventus”la danışıqlar aparmaq üçün İtaliyaya gedib.

 

Türkiyə mətbuatında yer alan məlumata görə, Ormanın Turin təmsilçisinin rəsmiləri ilə görüşü səmərəli keçib. Hazırda “Beşiktaş”da top qovan xorvat müdafiəçi Domaqoy Vida isə Srna ilə görüşərək, yemək yeyib.

 

İstanbul təmsilçisinin Vida vasitəsilə avqusta kimi dopinq cəzası olan sol cinah müdafiəçisini razı salmaq istədiyi deyilir. 36 yaşlı futbolçu türklərə “hə” desə, ondan Mancukiçin transferində də vasitəçi kimi istifadə ediləcək.

Tarix: 17 May 00:50    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.