Azərbaycanın qadın güləşçisi olimpiadaya vəsiqə aldı

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb.

 

Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

 

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub. Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

 

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Nigar Mirzəzadə isə yarımfinalda uduzduğundan bürünc medal uğrunda görüşə çıxacaq. Final görüşləri Bakı vaxtı ilə mayın 17-si saat 20:00-da başlayacaq.

43 kq
FİNAL - Valeriya Kapustsina (BLR) - Şahanə Nəzərova 
1/2 final - Luçana Bekbaulova (RUS) - Şahanə Nəzərova 0:5
1/4 final - Justine Viqurox (FRA) - Şahanə Nəzərova 0:10
1/8 final - Şahanə Nəzərova - İrena Binkova (BUL) 10:0 (15 san.)

49 kq
1/4 final - Sevinc Əhədova - Roza Szenttamasi (HUN) 4:4*
1/8 final - Maria Ramos Diaz (ESP) - Sevinc Əhədova 0:10 (36 san.)

57 kq
1/4 final - Elnurə Məmmədova - Anastasia Blayvas (GER) 0:4
1/8 final - Elnurə Məmmədova - Zsofia Agoston Palko (ROU) 7:0

65 kq 
Bürünc medal görüşü - Nigar Mirzəzadə 
1/2 final - Nigar Mirzəzadə - Noemi Szabados (HUN) 0:4
1/4 final - Nigar Mirzəzadə - Tatyana Malışitskaya (BLR) 7:2
1/8 final - Elina Ziedina (LAT) - Nigar Mirzəzadə 2:2*

 

Avropa çempionatı oktyabrın 12-14-də Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə üç nəfər olmaqla finalçılar və bir nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.

 

Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Tarix: 17 May 00:10    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.