"Xəzər Lənkəran": "Kimsə gəlib 20 milyon xərc qoyulan stadionu alacaq?"

«Azərbaycanda Gəncə böyüklüyündə şəhərin, həm də futbol tarixi olan şəhərin futbolunu yaşatmaq ucun 1,7 milyon manat tapa bilmirlər.

 

Yəni bu faktin qarşısında kimsə gəlib 20 milyon xərc qoyulan stadionu alacaq?».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran» stadionunun direktoru Hüseyn Cəbrayıloğlu deyib.


O, fəxri prezident Mübariz Mənsimovun istifadəsiz qalmış arenanı satmağa hazırlaşması barədə yayılmış növbəti xəbərləri təsdiqləməyib:

 

«Boş söhbətdi və real deyil. Biz heç bir yeri satmırıq, belə fikir də yoxdu. Stadionu rahat saxlayırıq. Problem əsas komandanın yoxluğudu.

 

Hələ ki ,4 qrupumuz var və bu yöndə işlərimizi davam etdiririk. Aciq deyim, kənardan ölkə futbolu «ideal» görünür. Futbol adamları danışır, media yazır və XL camiəsi kənardan baxıb gülür.

 

İnanın, gülməli futbolumuz var. Ona gorə, bəlkə də hazırda böyük futbolda olmamağımız da Allahın bir lütfüdü. İmkan verin, bir az kənardan baxıb gülək».

Tarix: 16 May 20:36    Oxunub: 892    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.