U-20 Gürcüstana uduzdu

Bu gün Azərbaycanın U-20 millisi yoldaşlıq oyunu keçirib.

 

Sportinfo.az xəbər verir ki, gənclərimiz Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gəliblər.

 

Görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutub. Oyunda hesabı millimiz açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbə qazanıblar.

 

Rəşad Sadıqovun yetirmələri mayda daha iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Belə ki, Makedoniyanın U-21 millisi mayın 24-də və 27-də seçmə komandamızın qonağı olacaq. Bu görüşlər də “Dalğa Arena”da keçiriləcək.

 

Azərbaycan (U-20) - Gürcüstan (U-20) 1:2

Qollar: Ziya Əzizov, 66 - David Muciri, 79. David Samurkasovi, 83.

Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Vüqar Həsənli
Mərdəkan. “Dalğa Arena”

Azərbaycan: 12. Kamran İbrahimov, 26. Faiq Hacıyev, 3. Anton Krivotsyuk (k), 18. Ricat Qarayev (8. Qadir Bayramlı, 89), 2. Amin Seydiyev, 10. İsmayıl İbrahimli (16. Tural Bayramlı, 65), 19. Famil Camalov (17. Ozan Can Kokçü, 46), 23. Ziya Əzizov (7. Nicat Süleymanov, 71), 20. Kamran Əliyev (28. Əli Şirinov, 76), 6. Hacıağa Hacılı (k) (15. Ceyhun Muxtarlı, 65), 11. Fərid Nəbiyev (9. Ruslan Hacıyev, 54)

Ehtiyat oyunçular: 1. Hüseynəli Quluyev, 22. Şahin Zəkiyev, 25. Təbriz Xubanov, 5. Xəyal Amirli, 27. Emil Əliyev

Baş məşqçi: Rəşad Sadıqov

 

Gürcüstan: 1. Nikoloz Kavtaradze (12. Levan İsiari, 76), 4. Andria Purtçeladze, 3. Nika Kurtşavişvili (16. David Muciri, 71), 2. Yuri Tabatadze (17. Qabriel Sasrişvili, 62), 5. Piruz Qabitaşvili, 6. David Samurkasovi (k), 7. Luka Poçxua (18. Zaur Kerelaşvili, 62), 8. Tornike Cebniauri, 9. İrakli Buqridze (15. Nuszar Sparderaşvili, 62), 10. Vato Arveladze, 11. Mixail Erqemlidze (22. Vaja Patsatsia, 71)

Ehtiyat oyunçular: 19. Jemali-Georgi Dirtolalia, 20. Beka Daromelia, 21. Laşa Lejava

Baş məşqçi: Vasil Maysuradze

Tarix: 16 May 21:14    Oxunub: 390    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.