“Siz bu yalanları hardan götürürsüz, niyə çalışırsız ki, nəsə uydurasız?”

«Qəbələ»nin baş məşqçisi Rolman Qriqorçuk mayın 28-də ölkə kubokunun finalında qarşılaşacaqları «Keşlə»nin çalışdırıcısı Yurim Maksimov haqşda danışıb.

 

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis həmyerlisi ilə münasibətlərinin qaydasında olmadığı haqda Ukrayna mətbuatında yayılan məlumatları təkzib edib.

 

O, «finalda məğlub olmaqdan qorxmursuz» sualına belə cavab verib: «Bunlar yalan söhbətlərdi. Maksimovla münasibətlərimiz normaldı və heç bir soyuqluqdan söhbət gedə bilməz.

 

Ukrayna mətbuatı nəyə görə belə yazmalıdı? Heç vaxt belə yazan olmayıb. Heç yerdə bunu görməmişəm. Siz bu yalanları hardan götürürsüz, niyə çalışırsız ki, nəsə uydurasız? Xahiş edirəm, həmin yazını mənə göndərin.

 

Bilirəm ki, Maksimov da bu sualınıza məhz belə cavab verərdi. Mənim həm sizə, həm də ukraynalı jurnalistlərə böyük hörmətim var. Ancaq belə yalanlar uydurub, ictimaiyyəti çaşdırmaq lazım deyil. Futbolda heç nədən qorxmaq olmaz.

 

Şadam ki, "Qəbələ"nin baş məşqçisi kimi finalda oynayacam. Buna görə hər gün Allaha təşəkkür edirəm. Hər bir baş məşqçinin arzusudu ki, komandası ölkə kubokunun finalına yüksəlsin. Bu, komandam üçün çox vacibdi. Qələbə qazanmaq və maksimumu ortaya qoymaq istəyirəm».

 

Tarix: 16 May 19:48    Oxunub: 501    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.