Hər 3 alpinistin meyiti tapıldı

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 metr dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.
 

Sportinfo.az xəbər verir ki, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.

 

Alpinistlərə aid digər əşyalar aşkarlanıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
 
"Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Tarix: 16 May 19:36    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.