Buffon cari mövsümün sonunda karyerasını başa vuracaq

“Yuventus”un qapıçısı Canluici Buffon cari mövsümün sonunda karyerasını başa vuracaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin agenti Silvano Martino juvenews.eu saytına açıqlama verib.

 

O bildirib ki, mayın 19-da A Seriyasının sonuncu – XXXVIII turunda “Verona” ilə qarşılaşma Buffon üçün vida matçı olacaq.

 

Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a keçib. O, kapitan sarğısını daşıdığı Turin təmsilçisinin heyətində 508 matçda iştirak edib.

 

Təcrübəli qolkiper “Qoca sinyora” ilə 11 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kubokunu, 5 dəfə ölkə Super Kubokunu qazanıb. Həmçinin o, İtaliya millisi ilə dünya çempionu tituluna sahib çıxıb.

Tarix: 16 May 19:12    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.