İndi "Neftçi"nin buna hələ bu qədər ehtiyacı olmamışdı

“Neftçi” mayın 20-də Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:15-də start götürəcək.

 

Paytaxt klubu müstəqillik dövründə bu komanda ilə indiyədək 50 çempionat oyununda üz-üzə gəlib.

 

Bu görüşlərdən 23-də qələbə qazanan bakılılar 18-də məğlub olub, 9 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədi – 71:45.

 

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməsə də (0:0), Gəncə şəhər stadionunda Ruslan Abışovun qolu sayəsində "Neftçi” qələbə qazanıb – 1:0.

 

8-ci km stadionunda keçirilmiş üçüncü dövrə matçında da 1:0 hesablı qələbə qeydə alınıb. “Neftçi”nin qələbə qoluna Mirabdulla Abbasov imza atıb.

Tarix: 16 May 19:00    Oxunub: 508    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.