Premyer Liqa yenə aşağı divizionun qalibinə həsrət qalırsa….

Milli klub futbolu mövsümü başa çatmaq üzrədi.

 

Bir yarış başa çatıb, birinzə son turdur və bir də ölkə kubokun finalı olacaq.

 

Başa çatan I Divizionda mübarizədi. Premyer Liqada cəmi bir sual qalıb: üçüncü kim olacaq? Final isə iki komandanın rəqabəti kimi iki sual doğurur:

 

«Qəbələ», nəhayət, özünə gələrək yarışa son nöqtəni qoya biləcəkmi, yoxsa Avropaya pəncərə açmaq istəyən «Keşlə» yenə də UEFA-dan cavab gözləməli olacaq?


Başlayaq aşağı diviziondan. Bu dəfə yarışı paytaxt «Xəzər»i qələbə ilə başa vurub. Hələ qış fasiləsindən əvvəl bu komandanın finiş xəttini bu qədər sürətlə keçəcəyi gözlənilmirdi.

 

Lakin yeni formalaşmış kollektiv yeni ildə lazımi hazırlıq keçərək, həm də heyətinə əl gəzdirib əsl döyüş xaraketeri göstərdi. Təəssüf ki, bunun da bəhrəsini görməyəcək və gələn mövsümü Premyer liqada qarşılaya bilməyəcək.

 

Günahkar əsasən klubun özüdü, amma yenə də bu qədər zəhmət çəkib yarış təşkil edənləri də qınamamaq olmur. Axı, nə qədər 1-ci dəstə öz qalibini elitaya göndərə bilməyəcək. Həvəskar statuslu olsa belə, bu turniri nə vaxt ayağa qaldırmaq üçün ciddi addımlar atılacaq.

 

Çünki indi vəziyyət elə gitirib ki, futbolun ayaq üsstə qalması, əsasən, özu diviziondan asılı vəziyyətə düşüb.

 

Lisenziyalaşdırma ilə bağlı AFFA-nın müvafiq qurumu «Xəzər»ə bu şansı verməyib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra məlum olub ki, 1-ci dəstənin qalibinin əsas problemi bank təminatının olmamasıdı və assosiasiya Premyer Liqa turnirini riskə atmaq istəmir.

 

Bu xüsusda komandanın Qubaya üz tutaraq, regionu təmsil etmək istəyi ilə bağlı yayılan açıqlamalar cəmiyyətdə müsbət reaksiya doğursa da, əslində, onun kökündə dayanan niyyətin izahata daha çox ehtiyacı var.

 

Çünki sadəcə, hansısa bölgəni təmsil etmək deyil, bu məsələyə konseptuallıqla yanaşılmasa, ötəri həvəsdən başqa bir şey olmayacaq. Bir sözlə, gələn mövsümdə də Premyer Liqa aşağı divizionun qalibinə həsrət qalacaq.

 

Əlbəttə, hələ də formatı, statusu ilə özünü doğrultmayan aşağı dəstə barədə çox söz deməyə də dəyməz. Hərçənd burada elə başa çatmış mövsümdə də əsl rəqabət nümunələrini çox müşahidə etmək olurdu.


KAMİL

Tarix: 16 May 18:48    Oxunub: 571    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.