DÇ-2018: İngiltərə millisinin yekun heyətindıə yer alalınlar

İngiltərə millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qaret Sautgeyt 23 nəfərlik siyahıya 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 5 hücumçu daxil edib. Daha 5 oyunçu isə ehtiyatda qalıb.

 

Qapıçılar: Cordan Pikford ("Everton"), Cek Batlend ("Stok Siti"), Nik Poup ("Börnli")

 

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Kayl Uolker ("Mançester Siti") Kiran Trippyer, Denni Rouz (hər ikisi "Tottenhem"), Harri Magir ("Lester"), Fil Cons ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Qari Kehill ("Çelsi")

 

Yarımmüdafiəçilər: Cordan Henderson ("Liverpul"), Erik Dayer, Dele Alli (hər ikisi "Tottenhem"), Cessi Linqard, Eşli Yanq (hər ikisi "Mançester Yunayted"), Fabian Delf ("Mançester Siti"), Ruben Loftus-Çik ("Çelsi")

 

Hücumçular: Rahim Sterlinq ("Mançester Siti"), Ceymi Vardi ("Lester"), Harri Keyn ("Tottenhem"), Markus Reşford ("Mançester Yunayted"), Denni Uelbek ("Arsenal")

 

Ehtiyat oyunçular: Tom Hiton, Ceyms Tarkovski, Lüis Kuk, Cek Livermor və Adam Lallana. 

 

İngiltərə Belçika, Panama və Tunis ilə birgə G qrupunda yer alıb. Britaniyalılar iyunun 18-də Soçidə Tunislə, iyunun 24-də Nijni Novqorodda Panama ilə, iyunun 28-də isə Kalininqradda Belçika ilə qarşılaşacaqlar.

Tarix: 16 May 18:24    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.