"Qarabağ" 5 nilyon ödəməli olmadı, dan ayrıldı, icarəyə verilir

Cari mövsümü icarə əsasında "Qarabağ"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

 

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu braziliyalı vingeri yenidən icarəyə verməyi düşünür.

 

Çempionlar Liqasında mübarizə aparacaq Saloniki təmsilçisi daha səviyyəli futbolçuları transfer etməklə turnirdə uğurlu çıxış etməyi hədəfləyir.

 

Pedro komadanın baş məşqçisi Razvan Luçeskunun gələcək planlarına daxil olmadığı üçün klubdan ayrılacaq. Onun başqa kluba icarəyə veriləcəyi gözlənilir.

 

27 yaşlı futbolçu "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb. Çempionumuz onun transfer hüququna yiyələnmək üçün yunan tərəfinə 5 milyon avro ödəməli idi. Bu, müqavilədə göstərilmiş əsas şərt idi. 

Tarix: 16 May 18:12    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.