Həbs edildi - “Sportinq”in futbolçularına hücum edənlər

“Sportinq”in bazasına hücum edərək, futbolçulara xəsarət yetirən azarkeşlərdən bir qismi həbs edilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliyanın “O Joqo” nəşri yayıb.

 

Xəbərdə bazaya hücumda 50-yə yaxın fanatın olduğu, polisin artıq onlardan 21 nəfəri həbs etdiyi vurğulanıb.

 

Məlum hücumdan sonra Lissabon klubunun futbolçularının bir qismi komandadan ayrılmaq barədə düşünür.

 

Futbolçuların həmçinin, Portuqaliya kubokunun “Aveş”lə final oyununa çıxmaq istəmədikləri barədə xəbərlər yayılıb.

Tarix: 16 May 17:36    Oxunub: 189    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.