Əfran İsmayılov "Qarabağ" ilə yollarını ayırdı

Mlli komandanın futbolçusu Əfran İsmayılov "Qarabağ" ilə yollarını ayırıb. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

 

İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib:

 

"Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm". 

 

Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib. 

Tarix: 16 May 15:36    Oxunub: 503    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.