AFFA Premyer Liqada çıxış edən klubların məşqçiləri üçün...

Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən klubların məşqçiləri üçün “İnstat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub.

 

Sportinfo.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq, AFFA danışıqlardan sonra şirkətlə ikiillik müqavilə imzalayıb.

 

Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək.  AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.

 

Tarix: 16 May 14:12    Oxunub: 410    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.