"Elə elədilər ki, mən bu vəzifəyə 100 faiz lazım olduğumu hiss etdim"

Roberto Mançini İtaliya millisinin baş məşqçisi kimi ilk mətbuat konfransını keçirib. 

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmanı çalışdırması ilə fəxr etdiyini bildirib:

 

“Bu, emosional andı. Çünki İtaliya millisinin baş məşqçisi olmaq inanılmaz hissdi.

 

Federasiyanın rəhbərliyinə minnətdaram. Onlar elə etdilər ki, mən bu vəzifəyə 100 faiz lazım olduğumu hiss etdim. 

 

Özümlə fəxr edirəm. Həyatımda baş verə biləcək ən gözəl anlardan biridi. İlk dəfə İtaliya millisinin düşərgəsinə 1978-ci ildə dəvət almışdım. Həmin vaxt U-14-ün düşərgəsinə qoşulmuşdum. İndi isə İtaliya yığmasının baş məşqçisiyəm. 

 

Uzun illər klublarda çalışmışam. İndi millidə işləmək üçün uyğun zamandır. Hər birimiz yığmaya faydalı olmaq üçün əlimizdən gələni etməliyik. İtaliyanı zirvəyə qaytarmaq istəyirəm. Ürəkdən çalışmaqla buna nail olmağımız mümkündü”.

Tarix: 16 May 14:36    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.