"Xәzәr Lәnkәran"sız çempionatı düşünmәk - Əbədi belə qalacaq...

Mәnim futbola sevgim "Yekәdiş Ronaldo"nun 1998-ci il dünya çempionatı ilә başladı.

 

O vaxtda futbola baxmağa başladım vә sevdim.

 

Amma onu hәyatımın ayrılmaz hissәsinә çevirәnsә "Xәzәr Lәnkәran" idi. 2004-cü ildә әsası qoyulan "ağ-yaşıl" fırtına Azәrbaycan futboluna rәqabәt gәtirdi, azarkeş gәtirdi,

 

"Fırtına" kimi möhtәşәm fan-klubun yaranmasına sәbәb oldu. Hansı ki, möhtәşәm pankartlar, kreativlik ordan başladı. Mәn tәlәbә vaxtları "Fırtına"ya qoşuldum, oyunlara getdim. Getdikcә futbol artıq bütün hәyatımı bürüdü.

 

Tәsәvvür edin ki, "Xәzәr Lәnkәran" bu ölkәdә neçә min insana futbolu belә sevdirib, ayrılmaz hissәyә çevirib. Hәtta ötәn mövsümә qәdәr çempionatda rәqabәt yaradan komanda idi.

 

Bu ölkәdә heş vaxt heç bir oyuna "Neftçi" - XL oyunlarına olan maraq qәdәr maraq olmayıb, dә әtrafında danışılmayıb. Әsl futbol ab-havası!

 

Jurnalisti, futbolçusu, mәşqçilәri, veteranları ilә hamı bu oyunları gözlәyirdi. Mәn hәr hansı komandaya azarkeşlik edә bilәrәm.

 

Amma XL mәnim üçün hәr şeydәn öndәdi. Hәr zaman futbol sevgimin memarı olaraq da qalacaq....indi "Xәzәr Lәnkәran"sız çempionatı düşünmәk belә çәtindi...Çox...

 

P.S: Jurnalist kimi deyil, bir futbol azarkeşi olaraq bu mәnim ürәyimdәn keçәnıәrdir.

 

Elsevər Məmmədov

Tarix: 16 May 14:48    Oxunub: 431    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.