AFFA qərar verdi: Yeni mövsümün əsas cizgiləri nə vəd edir?

AFFA yeni mövsümlə bağlı əsas qərarlarını verib.

 

Önüüzdəki günlərdə qeyri-adi nəsə baş verməsə, ölkə çempionatının elitasında mübarizə 8 klubla davam etdirələcək.

 

Özü də yenə də aşağı divizionun qalibi Premyer Liqaya vəsiqə əldə edə bilmədi. Amma onun əvəzində, sənədlərini vaxtında təhvil vermiş «Sabah» yüksək divizion tarixinə adını yazacaq daha bir klub olacaq.

 

Bu isə «Kəpəz»in həm yarış, həm də idman prinsiplərinə uyğun olaraq aşağı dəstəyyə göndərilməsi deməkdi. Məsələnin nəticə etibarı ilə təsirlərini araşdırmadan verilən qəraların mahiyyətinə nəzər salaq.

 

AFFA-nın rəsmi saytında lisenziya komissiyasının dərc edilən qərarında deyilir ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, “Sumqayıt” FK, “Zirə” PFK lisenziya alırlar.

 

UEFA-nın klub yarışlarında iştirak etmək hüququ “Kəpəz” PFK-dan alınır. Lakin digər qərarla 2017-18-ci illər mövsümünün autsayderinin elitada oyanamaq hüququ da tanınır. Onunla yanaşı, “Keşlə” PFK, “Səbail” PFK və “Sabah” FK-ya da bu hüquqlar verilir.


Premyer liqaya isə buraxılmayan bu klublardı: “Xəzər” FK, “Binə” FK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, "Şüvəlan" PFK, “Zaqatala” FK.


Qərara xüsusi qeyd kimi belə bir izahat da verilib ki, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə ədaləti qaydalarında əks olunmuş tələbə əsasən, qitə yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidi.

 

UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidi: «Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. 

 

Məlum olduğu kimi, “Keşlə” PFK “İnter” PİK-in davamçısı qismində Premyer liqada iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib.

 

UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA sənədlərin araşdırılması ilə məşğul oldu və rəsmi cavabı AFFA-ya ünvanladı: Müsbət! 


Mayın 11-də AFFA-nın İcraiyyə Komitəsi də toplaşıb. Bütün sözsöhbətə son qoyan qurumun qərarına əsasən, Premyer liqada əvəzedici komandaların  yarışı davam etdiriləck. Yeni mövsümdə əvəzedicilər əsas komandadan 1 gün əvvəl oynayacaqlar.


Gənc futbolçularla bağlı limitlə gözlənilən istiqamətdə olub: start heyətində 1996-1997-ci illər təvəllüdlü futbolçu yer almalıdır. Həmçinin 1998-99-cu illər təvəllüdlü futbolçu oyunun protokoluna daxil edilməlidi.


İcraiyyə komitəsi baş katibliyə Birinci divizionla bağlı yeni konsepsiya hazırlamağı tapşırıb. Bütün qərarların ən maraqlısı da budu. Görək, heç olmasa, bu qədər illərdən sonra bir kiçik ümidə işıq salınacaqmı?


Qərarlar arasında apellyasiya və arbitraj tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunub və növbəti konfransa qədər vəzifə Ziya Babayevə tapşırılıb.


İclasdan sonra açıqlamalar verən rəsmi şəxslər bildiriblər ki, Premyer Liqada mübarizə 8 komanda ilə aparılacaq. «Xəzər» lazımi zəmanətləri vermədiyi üçün elitaya buraxılmır. Lakin maraqlı bir neçə məqam da var və onlardan ən əsası, nəhayət ki, süni örtüklərə heç bir ehtiyacın olmadığı mülayim qurşaqlı ölkədə bu təcrübədən vaz keçilməsidi.

 

İcraiyyə komitəsi «Sumqayıt», «Zirə» və «Keşlə»nin oynayacağı arenaları təbii ot örtüyü ilə təchiz etməyi planlaşdırır. Eyni zamanda, yeni mövsümdən oyun topları da dəyişəcək. Hazırda bir çox aparıcı ölkələrdə istifadə olunan toplara üstünlük veriləcək. Həm də hər kluba 100 top hədiyyə olanacaq.


BATI YAR

Tarix: 16 May 14:00    Oxunub: 568    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.