Tanınmış futbolçu karyerasını ABŞ-da davam etdirəcək

“Everton”un futbolçusu Ueyn Runi karyerasını ABŞ təmsilçisi “DC Yunayted”də davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı forvard artıq komanda yoldaşları ilə vidalaşıb.

 

ABŞ klubunun İngiltərə yığmasının sabiq hücumçusu üçün “Everton”a 12,5 milyon funt sterlinq təklif etdiyi bildirilir.

 

Ötən yay “Mançester Yunayted”dən “Everton”a dönən Ueyn Runi yetirməsi olduğu klubla 30 iyun 2019-cu ilə qədər müqavilə bağlayıb. O, başa çatan mövsümdə iştirak etdiyi 31 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

Tarix: 16 May 13:48    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.