Hakimə "qoduq gədə, korsan?" deyən Samir Əliyevə 4000 "mükafat"

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində qonaqların baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.

 

Rauf Cabbarov 42-ci dəqiqədə hakimlərin qərarlarına narazılığını bildirən qonaqların baş məşqçisi Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb.

 

39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, ehtiyat skamiyasına döndü. Yan xətt hakimindən narazı qalan baş məşqçi "qoduq gədə, korsan?" deyərək, özündən çıxıb.

 

Cabbarov və 4-cü hakimin təkidindən sonra Əliyev meydanı tərk edib. İnsident zamanı "Səbail"in kapitanı Eltun Yaqublu ilə bağlı da xoşagəlməz hal baş verdi. Cabbarov sarı vərəqə göstərmək üçün yanına çağırmağına baxmayaraq, gəlməyən gənc futbolçunun ayağına getməli olub.

 

“Zirə” - “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub.

 

Oyunun 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Tarix: 16 May 13:24    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.