Komandası “Bavariya”ya 4 qol vurdu, İstanbula dəvət edildi

“Ştutqart”ın baş məşqçisi Tayfun Korkut karyerasını vətəni Türkiyədə davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, “Fənərbağça”nın prezidenti Aziz Yıldırım mütəxəssisin xidmətində maraqlıdı.

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, klub prezidenti Korkutun çalışdırdığı “Ştutqart”ın “Bavariya” üzərində səfərdə 4:1 hesablı qələbəsindən sonra yaxın adamlarına Korkutu İstanbula dəvət etmələrini göstəriş verib.

 

Türkiyəli mütəxəssis “Ştutqart”ın “sükanı axrasına” bu il keçib. Korkut komandanı qəbul edərkən, klub aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzə idi. Ancaq 44 yaşlı məşqçi mövsümün sonunda “Ştutqart”a Avroliqaya vəsiqə qazandırıb.

Tarix: 16 May 13:00    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.