Türkiyə Super Liqasında əcnəbi baş məşqçi qalmadı

Türkiyə Super Liqasında bir gündə ikinci baş məşqçi istefası qeydə alınıb.

 

Sportinfo.az xəbər verir ki, “Kayserispor” baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssis Kayseri təmsilçisini ötən ilin yayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Super Liqanın ilk dövrəsini 30 xalla ilk beşlikdə başa vurmuşdu.

 

Bu üzdən klub rəhbərliyi Şumudiça ilə 2 illik yeni müqavilə imzalamışdı. Lakin mövsümün qalan hissəsində komandanın o qədər də uğurlu çıxış etməməsi baş məşqçinin istefa verməsi ilə nəticələnib. 


Klubdan verilən açıqlamada bildirilir ki, o, istefa qərarını hələ xeyli müddət öncə rəhbərliyə bildirsə də, qəbul edilməyib. Amma rumıniyalı məşqçi qərarında israrlı olunca, başqa çıxış yolu qalmayıb.


Avrokuboklara vəsiqə qazanmaq hədəfinə çata bilməyən “Kayserispor” Super Liqanın son turu öncəsi 44 xalla 9-cu sırada qərarlaşıb.

Tarix: 16 May 12:48    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.