"Qəbələ"nin vitse-prezidenti:"Bu barədə yazılanların hamısı cəfəngiyyatdı!"

“Anortosis”lə yollarını ayıran Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdıb.

 

Lakin bəzi idman saytları xəbər verir ki,  onun “Qəbələ”də qalmaq ehtimalı cüzidi və oyunçu ilə “Neftçi”nin yaxından maraqlandığı vurğulanıb.

 

Hətta Abdullayevin “ağ-qaralar”a qayıtmaq variantının daha real olduğu yazılıb. 

 

Sportinfo.az xəbər verir ki, atv.az bu məsələyə aydınlıq gətirmək üçün Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfovla əlaqə saxlayıb.

 

Hər zaman mətbuata açıq olan Fariz müəllim ənənəsinə sadiq qalaraq, sualımızı cavablandırmaqdan boyun qaçırmayıb:

 

"Araz Abdullayevinin "Qəbələ" ilə qışa kimi müqaviləsi var və onunla bağlı bizə heç bir rəsmi müraciyyət daxil olmayıb, nə "Neftçi"dən, nə hansısa digər bir klubdan.

 

Araz özü də bizə hansısa digər bir kluba keçməsi barədə istəyini bildirməyib. ona görədə bu barədə yazılanlsarın hamçısı cəfəngiyyatdı!"

 

“Neftçi”nin yetirməsi olan Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib.

Tarix: 16 May 12:36    Oxunub: 328    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.