“Qarabağ”dan ayrılması gündəmə gəldi - Daha 2 legionerin

«Qarabağ»ın bir neçə legionerinin müqavilə müddəti bu yay başa çatır.

 

Sportinfo.az-ın məlumatına görə, Riçard Almeydanın gedəcəyi artıq bilinirsə, ansi Aqolli, Dani Kintana və İbrahim Şehiçlə danışıqlar hələ davam edir. 


Yerdə qalan digər əcnəbilər – Anton Konibolotski, Vild-Donald Gerye, Yakub Jezniçak və Miçel Maderayla müqavilə müddəti 2019-un yayına qədər olduğundan, narahatlığa əsas yoxdu.

 

Sadəcə, məsələ burasındadı ki, Konibolotski ilə Geryenin “Qarabağ”dan ayrılma q ehtimalı var. Ukraynalı qapıçı ümidləri doğrultmur, haitili yarımmüdafiəçi isə qeyri-sabit oyunu ilə seçilir. Lakin onlarla bağlı məsələ hələ açıq qalıb.

 

Qurban Qurbanov hər şeydən əvvəl heyətin gücləndirilməsini düşünür. Bu proses başa çatandan sonra bu iki futbolçunun taleyinə aydınlıq gələcək.

 

Geryenin xidmətində yenidən polyaklar maraqlıdı. Bu dəfə «Qurnik» ötən yay «Alanyaspor»dan «Qarabağ»a keçən qaradəriliyə elçi düşüb. Şehiçin kölgəsində qalan Antonun isə ölkəsinə qayıtması gözlənilir. 

 

Tarix: 16 May 12:24    Oxunub: 622    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.