Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi: “Salam, xanım! Öz şəkillərinizdi?” - FOTO

Rusiyalı məşhur model Svetlana Bilalova aprelin sonlarında Bakıda keçirilmiş “Formula-1 Azərbaycan Qran-Prisi”nin qonağı olub.

 

Sportinfo.az xəbər verir ki, Bakının görməli yerlərində xeyli şəkil çəkdirmiş Svetlana ara-sıra onları özünün “İnstagram” səhifəsində yerləşdirir.

 

Üç gün bundan əvvəl rusiyalı model sosial şəbəkədə Heydər Əliyev Mərkəzinin qarşısında çəkdirdiyi şəkli yerləşdirib.

 

Təsadüfən bu şəklə rast gəlmiş azərbaycanlı “İnstagram” istifadəçisi (reshad.baxseliyev) modellə elə “kassadan ayrılmamış” tanış olmaq qərarına gəlib.

 

Fotoşəklin şərhlər bölməsində azərbaycanlı fürsətkeş gənc yazıb: “Salam, xanım! Öz şəkillərinizdi?” Svetlana Bilalova bu sualı cavabsız qoyub. Bəlkə də ona görə ki, Azərbaycan dilini bilmir.

 

Tarix: 16 May 11:48    Oxunub: 672    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.