“Qəbələ” üçün artıq 24 oldular!

2018/19 mövsümündə Azərbaycvanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin potensial rəqiblərinin sayı artıb.

 

Sportinfo.az xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “qırmızı-qaralar” buranın güclülərindən sayılır.

 

İndiki məqamda Roman Qriqorçukun komandası mərhələdə 8-ci kollektivdi və səpələnmişlər sırasında yer alacaq. Bu da təmsilçimizin daha münasib komanda ilə qarşılaşacağı deməkdi.

 

“Qəbələ”nin I təsnifat mərhələsində 24 potensial rəqibi dəqiqləşib. Aşağıda adları qeyd olunan bu komandalar I təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaqlar və təmsilçimiz üçün mümkün rəqib sayılırlar:

 

“Styarnan” (İslandiya), “Kliftonvil”, “Qlenavon”, “Kolreyn” (hamısı Şimali İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Buduçnost” (Monteneqro), “Petrokub” (Moldova), “Çixura”, “Samtredia” ( hər ikisi Gürcüstan), “Luftetari” (Albaniya), “Vestmannaeyar” (İslandiya), “Liepaya”, "Riqa" (hər ikisi Latviya), “İlves”, “KuPS”, “Lahti”,  (hamısı Finlandiya), “Derri Siti”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Narva Trans” (Estoniya), “Stumbras” (Litva), “Baltsan” (Malta), “Proqres” (Lüksemburq), “Konnax Kuey Nomads” (Uels), “Runavik” (Farer Adaları)

 

Bu komandaları avrokuboklara digər iddiaçılar – “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə” üçün də potensial rəqib hesab etmək olar. Çünki bütün klublarımız bu mərhələdə səpələnmişlər səbətində yer alacaq.

Tarix: 16 May 11:00    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.