"Elxan Məmmədov İSTEFA!”

I Divizionun qalibi "Xəzər”in Premyer Liqaya buraxılmaması, "Kəpəz”in əvəzinə elitaya "Sabah”ın gətirilməsi AFFA-ya qarşı tənqidləri gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, azarkeşlər bütün bunlara qarşı etiraz səslərini ucaltmağa başlayıblar.

 

Futbolseverlər baş verən bu proseslərin bilavasitə AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən idarə olunduğunu, onun beyninin məhsulu olduğunu düşünürlər.

 

Buna görə də fanatlar Məmmədovun AFFA-nın baş katibi postundan istefa verməsini, ümumiyyətlə, futboldan uzaqlaşdırılmasını tələb edirlər.


Artıq sosial şəbəkələrdə bu məqsədlə aksiya da başlayıb. Bir qrup azarkeş tərəfindən "Feysbuk”da "Elxan Məmmədov İSTEFA” (https://web.facebook.com/events/233870570498353/) eventi yaradılıb.
 
Eventin yaradıcıları paylaşdıqları müraciətdə belə yazırlar: "Azərbaycan futbolunun günü-gündən uçuruma aparan adam - Elxan Məmmədovun, bu illər ərzində futbolumuzun başına açdığı oyunlardan dolayı, bölgələrdə futbolun uçuruma aparılması səbəbiylə, 1 sentyabr tarixinədək qrupu 10.000 nəfərə çatdırıb, ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməyi düşünürük”.

 

Qısa müddət ərzində bu event azarkeşlər arasında böyük marağa səbəb olub. Artıq 300-ə yaxın iştirakçı qrup yaradıcıları ilə həmfikir olduqlarını açıqlayıb, eventi dəstəkləyiblər.

Tarix: 16 May 10:48    Oxunub: 666    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.