DÇ-2018-də çıxış etməyəcək

“Mançester Siti”nin və İngiltərə millisinin qapıçısı Co Hart DÇ-2018-də çıxış etməyəcək.

 

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt 31 yaşlı qolkiperin adını Rusiyada təşkil ediləcək mundiala aparacağı heyətə daxil etməyəcək.

 

Bu barədə məlumatı ESPN yayıb. Xəbərdə Sauqeytin Rusiyada Cordan Pikford (Everton), Cek Batlend (Stok Siti) və Nik Popa (Bernli) güvənəcəyi qeyd edilib.

 

Hart “Siti”nin futbolçusu olsa da, son iki mövsümü icarədə keçirib. O, ötən ili “Torino”da, son mövsümdə isə “Vest Hem”də icarədə olub.

Tarix: 16 May 10:36    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.