Premyer Liqada sezonun ən yaxşı baş məşqçisi müəyyənləşdi

İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb.

 

47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayıb.

 

Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.

Tarix: 16 May 10:24    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.