Azərbaycanlı futbolçunun yoldaşları və baş məşqçisi döyüldü

Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in azarkeşləri komandanın məşqi zamanı futbolçulara və məşçqilərə hücum çəkiblər.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın son iki turunda 5 xal itirməklə Çempionlar Liqasına vəsiqə şansını boşa verən Lissabon klubunun tərəfdarları bundan bərk qəzəbləniblər.

 

Komandanın məşq bazasına gələn bir qrup azarkeş bu gün hazırlıq prosesi zamanı futbolçulara hücum ediblər.

 

İnsident nəticəsində Bas Dost, Acuna, Rui Patrisio, Villiam Karvalyo və Rodriqo Battalya azarkeşlərin hücumuna məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Baş məşqçi Jorji Jezuş da fiziki təzyiqlə üzləşib.

 

Dava-dalaş zamanı Bas Dost başından xəsarətlər alıb. Hətta onun fotoları da sosial şəbəkələrdə yayılıb.

 

Artıq “Sportinq” də baş verənlərlə bağlı açıqlama yayıb və azarkeşlərin davranışı pislənilib: “Sportinq” bu deyil, bu ola bilməz. Bunu edənlərin cəzalandırılması üçün hər şeyi edəcəyik”.

 

Tarix: 16 May 01:00    Oxunub: 453    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.