Messi mövsümün futbolçusu seçimində birinci yeri tutdu

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2017-2018 mövsümündə Avropanın "böyük 5-lik" liqalarındakı ən yaxşı futbolçuların reytinq siyahısına dair versiyasını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, birinci yeri "Barselona"nın hücumçusu Lionel Messi 92,12 faydalılıq əmsalı ilə tutub.

 

İkinci yerdə İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva (91,69), üçüncü pilləni isə İtaliya "Yuventus"unun forvardı Paulo Dibala (91,37) tutur.

 

"Qızıl top"un hazırkı sahibi, "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya "Napoli"sinin forvardı Lorentso İnsinye ilə birgə 88,58 əmsalla 16-17-ci yerləri bölüşdürür.

 

Lionel Messi ötən mövsüm İspaniya çempionatında 35 oyuna çıxıb. O, 34 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Kriştianu Ronaldu isə 26 oyunda 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Tarix: 16 May 00:50    Oxunub: 264    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.