“Beşiktaş”dan ayrılacağını rəhbərliyin diqqətinə çatdırdı

“Beşiktaş”ın kanadalı futbolçusu Atiba Hatçinson İstanbul təmsilçisindən ayrılmağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.

 

Bu üzdən də Atiba 5 illik “Beşiktaş” karyerasına son vermək qərarına gəlib. Kanadalı 1+1 şərti ilə yeni müqavilə tələb edib. İstanbul klubu isə 35 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib.

 

Ortaq məxrəcə gələ bilmədiklərinə förə, Atiba mövsüm bitən kimi “Beşiktaş”dan ayrılacağını rəhbərliyin diqqətinə çatdırıb.

 

Hatçinson 2013/14 mövsümünün əvvəlində PSV-dən “Beşiktaş”a transfer edilmişdi. O, bu beş ildə İstanbul klubunda 194 oyuna çıxıb, 9 qol vurub.

Tarix: 16 May 00:40    Oxunub: 357    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.